REAL TV Ləman Ələşrəfqızı və Afət Telmanqızı ilə bağlı açıqlama yaydı

18 Fevral 2020 - 11:48

REAL TV Ləman Ələşrəfqızı və Afət Telmanqızının işdən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Məlumatda bildirilir ki, KİV-lərdə və sosial şəbəkələrdə Milli Məclisə seçkilərlə bağlı tutduqları mövqelərinə görə, REAL TV-nin  bəzi əməkdaşlarının işdən kənarlaşdırıldığına dair müxtəlif mülahizələr yayılır.

Qeyd edilib ki, Milli Məclisə seçkilərə qatıldıqlarına görə, Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq, REAL TV-nin əməkdaşları Afət Məhərrəmova və Ləman İsmayılova ilə xidməti müqavilə uzadılmayıb: “Seçki prosesi başa çatdıqdan sonra həmin şəxslərə öz işlərinə qayıtmaq təklif olunub. Onların  telekanalda fəaliyyətlərini davam etdirməsi üçün heç bir məhdudiyyət tətbiq olunmayıb”.

Bunları nəzərə alaraq REAL TV KİV-lərdə və sosial şəbəkələrdə əsassız iddialara son qoyulmasını, həqiqətə uyğun olmayan mülahizələr yayılmamasını xahiş edir.

Qeyd edək ki, L. Ələşrəfqızı 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən, onunla eyni televiziyada işləyən həmkarı Afət Telmanqızı isə 125 saylı Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü. (Qafqazinfo)