“Regionun bu dərəcədə hərbiləşdiriləcəyi gözlənilmirdi” –Hikmət Hacıyev tərksilahdan yazdı

“Azərbaycanın Qarabağ bölgəsində davam edən cəmi 3 günlük tərksilah prosesi göstərdi ki, bu region işğal altında olduğu illər ərzində hərbi anbarların, toplanan silah-sursatın sayına görə dünyanın ən hərbiləşdirilmiş zonasına və bölgəmizin barıt çəlləyinə çevrilib”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında qeyd edib.

Hacıyevin sözlərinə görə, Qarabağdakı əhalinin sayına və ərazinin ölçülərinə görə regionun bu dərəcədə hərbləşdiriləcəyi heç gözlənilmirdi.

“Tərksilah və demobilizasiya reinteqrasiyanın əsas komponentləridir”, – deyə Prezidentin köməkçisi vurğulayıb.

Əvvəlki məqalə

Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edib –

Sonrakı məqalə

Tərksilah prosesi həyata keçirilir –