Rektor: “Bakı Dövlət Universitetinə yeni yataqxanalar tikiləcək”

24 Noyabr 2021 - 14:01

“Bakı Dövlət Universitetinə (BDU) yeni yataqxanalar tikiləcək”.

Məlumata görə, bunu BDU rektoru Elçin Babayev bildirib. Onun sözlərinə görə, Universitetin 225 nəfərlik yataqxanası da əsaslı təmir olunub: “Tələbələr yataqxanada lazımi avadanlıqlarla təmin olunublar. Əvvəl tələbə şəhərciyində xoşagəlməz vəziyyət var idi. Ancaq artıq həmin şəhərcik hasarlanıb, xüsusi mühafizə altındadır və kənar şəxslərin girişi mümkün deyil”.

Rektor qeyd edib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində müasir səviyyədə tələbə şəhərciyinin salınması layihəsi üzərində işlənilir: “Orada nəinki BDU tələbələrini, hətta yaxınlıqdakı digər universitetlərin də tələbələrini təmin etmək imkanımız olacaq”.