Portuqaliya milli futbol komandasının və Səudiyyə Ərəbistanının Əl-Nəsr klubunun hücumçusu Kriştiano Ronaldo İnstaqramda ən bahalı bloqerdir.
Azpost.info bildirir ki, bu barədə “The Sun”-a etibarlı mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Ronaldonun bir reklam statusu yazmaq iki milyon avrodan çoxdur.
Beləliklə, 38 yaşlı portuqaliyalı təxminən 1,7 milyon avro alan amerikalı model Kayli Cenneri birinci yerdən kənarlaşdırıb.