Məşhur futbolçu Kriştiano Ronaldonun bacısı qardaşı haqqında instagramda paylaşım edib.
Azpost.info bildirir ki, Katya Averio qardaşı, ailəsi və münasibətləri barədə məqamları açıqlayıb.
Onun sözlərinə görə, Ronaldo doğulmaya da bilərdi, çünki anası abort etməyi planlaşdırıbmış: “Anam Doloreş kasıblıq üzündən uşağı dünyaya gətirmək istəmirdi, Yeməyimiz az idi, qida əldə etmək üçün çox güc sərf edirdi. Ona görə, anam abort etmək istəyirdi. Amma nəsə son anda ona mane oldu və bu uşaq dünyaya gəldi. Doloreşin anası bu qərarı 39 il əvvəl verdi ” -deyə Katya Aveiro İnstaqramında yazdı.
Kriştiano Ronaldonun bacısı futbolçunun keçdiyi yoldan danışıb: “O, qəti qərara gəlmişdi ki, heç kimin kölgəsi olmayacaq. Alkoqol düşkünü olan atası kimi olmayacaq. Buna görə də Ronaldo ağzına bir damcı da spirt vurmayıb”.
Katya yazıb ki, qardaşı zirvəyə ucalmaq istəyirdi. Ronaldo bu yolda ona kömək edənləri heç vaxt unutmayacağına and içib.
Bacısı həmçinin futbolçunun öz işinə necə yanaşmasından da danışıb: “Ronaldo milyonçudur. İstədiyi hər şeyi edə bilər. O, şöhrətdən və puldan həzz ala bilər. O, canına bir az dinclik verə dincələ, evlərində, hovuzlarından kef çəkə, milli komandaya getməyə bilərdi, amma… Kriştiano Ronaldo bunu etmir. Oyun başa çatdıqda isə bizim Kriştianu puldan, var-dövlətdən həzz almaq əvəzinə, soyuq suya baş vurur. Növbəti oyuna hazırlaşmaq üçün…”, – deyə Katya Aveiro İnstaqram səhifəsində yazıb.
Azpost.info