Ronaldo Səudiyyə futbolunun gələcəyindən danışdı

Kriştiano Ronaldo Səudiyyə Ərəbistan liqasının dünyanın ən güclü liqalarından birinə çevriləcəyinə inanır.

Azpost.info bildirir ki, Ronaldo xoşbəxt olduğunu deyib: “Mən xoşbəxtəm. Komanda əla oyun keçirdi. 0:2-dən sonra toparlanmaq  çox çətindir. Amma sona qədər inandıq və üç qol vurduq. Komandanı və azarkeşləri təbrik edirəm”.

Ronaldo deyib ki, Səudiyyə Ərəbistanı Liqası güclənir, gələn il daha da yaxşı olacaq: “Addım-addım dünyanın ən yaxşı beş liqasından birinə çevriləcək. Amma bizə vaxt, oyunçular, infrastruktur lazımdır. Mən inanıram ki, bu ölkənin heyrətamiz potensialı, heyrətamiz insanları var. Liqa möhtəşəm olacaq”, – “Əl-Nasr”ın forvardı “Əl-Şababu” üzərində  3-2 hesablı qələbəsindən sonra deyib.

Azpost.info

Əvvəlki məqalə

Ürək xəstələri üçün ölüm riskinin yüksək olduğu günlər hansıdır? –

Sonrakı məqalə

“Barselona” ardıcıl iki məğlubiyyətlə üzləşib