“Ronaldo Səudiyyə liqasında hər şeyi dəyişdirdi, indi bizi izləyirlər”

“Ronaldo hər şeyi dəyişdirdi. Onun sayəsində liqa dünyada daha çox izlənilməyə başladı”. 

Azpost.info bildirir ki, bu sözləri Səudiyyə Ərəbistanının”Əl Taawun” komandasının yarımmüdafiəçisi Alexandro Romero Qamarra bildirib.

Alexandro Romero Qamarra Criştiano Ronaldonun Səudiyyə Ərəbistanı liqasına necə təsir etdiyini açıqlayıb: “Criştianu həm azarkeşlərə dəstək, həm də rəqabət baxımından hər şeyi dəyişdi. Onun sayəsində liqa dünyada daha çox izlənilməyə başladı. O, tarixin ən yaxşılarından biridir, ona qarşı oynamaq inanılmaz bir şeydir”.

Qamarra deyib ki, matçdan sonra Ronaldo ilə danışıb: “Mənə elə gəldi ki, o, Səudiyyə Ərəbistanında olmaqdan məmnundur, həm də bilir ki, bizim çox çətin çempionatımız var”.

Azpost.info

Əvvəlki məqalə

Ceyhun Bayramov ABŞ-a getdi, Ermənistanla növbəti danışıqlar başlanır

Sonrakı məqalə

Sumqayıtda məşq zalında ölən 7 yaşlı uşaqla bağlı RƏSMİ AÇIQLAMA