Ronaldo Səudiyyəni tərk edib Madridə qayıtmaq istəyir

“Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanını tərk edərək Madridə qayıtmaq istəyir.

Bu barədə “El Nacional” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Ronaldo Səudiyyə Ərəbistanına uyğunlaşmaqda çətinlik çəkir. Həmçinin dil problemi ulduz futbolçuya mane olur. Ronaldo Madridə qayıtmaq niyyətindədir.

Portuqaliyalı hücumçu “Əl-Nəsr”ə keçməzdən əvvəl “Atletiko Madrid”də çıxış etməyə yaxın olub. Lakin klubun tərəfdaşları müqavilənin imzalanmasına qarşı çıxıblar.

“Real Madrid”in prezidenti Florentino Peres Ronaldoya klubun səfiri olmağı və ya klub rəhbərliyində vəzifə təklif etməyə hazırdır.

Qeyd edək ki, futbolçu 2009-cu ildən 2018-ci ilədək Madridin “Real” klubunun şərəfini qoruyub(azərtac).

 

Əvvəlki məqalə

“Məzlum xalqları qorumaq üçün şəxsi ordumu qurmaq istəyirəm”

Sonrakı məqalə

Özbəkistan prezidenti səlahiyyət müddətini “sıfırladı”