“Rosneft”in prezidenti İqor Seçinin oğlu İvan 35 yaşında vəfat edib.
Azpost.info xəbər verir ki, bunu mirasın reyestrindəki qeyd üzə çıxarıb.
Reyestrdəki qeyd 1989-cu il təvəllüdlü İvan İqoreviç Seçin adına qeydiyyata alınıb. O, Moskvada İsveç dalanı, bina 3-də yaşayırdı. Bu bina “Bloomberg”in araşdırmasında “Prezident Putinin tərəfdaşlarının binası” kimi qeyd edilib.
Agentliyin məlumatına görə, orada “Rosneft”in rəhbəri İqor Seçin, VTB prezidenti Andrey Kostin, milyarder Gennadi Timçenko və Hesablama Palatasının keçmiş rəhbəri Aleksey Kudrin yaşayıb.
Məlumata görə, Seçinin oğlu rəsmi olaraq “tromb qopması”ndan vəfat edib: “Fevralın 5-də səhər saat 4 radələrində 35 yaşlı İvan boğulmağa başlayıb və bundan sonra huşunu itirib.
İddialara görə, “Rosneft” rəhbəri İstintaq Komitəsi və FTX-yə oğlunun ölümünü araşdırmağı qadağan edib.
Seçinin oğlu “Qazprombank”da işləyirdi və 2014-cü ildə “Rosneft”ə keçmişdi. Burada əvvəlcə dəniz layihələri departamentinin şöbələrindən birinin rəis müavini, sonra isə şelfdə birgə layihələr departamentinin direktor müavini vəzifəsini tutmuşdu.
25 yaşında İvan Seçin yanacaq-energetika kompleksinin inkişafındakı böyük xidmətlərinə və uzun illər vicdanlı əməyinə görə II dərəcəli “Vətən qarşısında xidmətə görə” ordeni ilə təltif edilmişdi. Təltifdən sonra Rusiya Dumasının deputatı Valeri Raşkin prezident administrasiyasına mükafatın verilməsinin səbəbləri ilə bağlı sorğu göndərmiş, orada ona energetika naziri mükafat üçün Aleksandr Novakın müraciət etdiyi bildirilmişdi.
2021-ci ildə İvan Seçin gəlir bəyyannaməsində gəlirinin 61,8 milyon rubl olduğunu bəyan edib.
“Rosneft”in 63 yaşlı rəhbərinin üç övladı var: birinci evliliyindən 1982-ci il təvəllüdlü qızı İnqa və oğlu İvan, həmçinin ikinci evliliyindən qızı Varvara.
Azpost.info