Rumıniya “Eurovision”da iştirakdan imtina edib

Rumıniya 2024-cü ildə “Eurovision”da iştirakdan imtina edib.

Azpost.info xəbər verir ki, ölkə buna səbəb kimi maliyyə çətinliklərini göstərib.

Digər səbəb isə ölkəni layiqincə təmsil edə bilməməkdən ehtiyat edilməsidir.

Direktorlar Şurasının iclasında bu qərarı 5 nəfər dəstəkləyib, daha 4 nəfər əleyhinə səs verib, eyni sayda şəxs isə bitərəf qalıb.

Bu il “Eurovision” İsveçin Malmö şəhərində keçiriləcək. Ölkə 2023-cü ildə iştirakçısının qələbəsindən sonra müsabiqəyə ev sahibliyi etmək hüququ əldə edib.

Azpost.info

Əvvəlki məqalə

Bu il Ukrayna ordusunun əsas hədəfi nə olacaq?

Sonrakı məqalə

“Cənubi Qafqazda sülh və sabitliyə yönələn səyləri davam etdirməyə hazırıq”