Rumıniya ilin sonuna kimi Şengen zonasına daxil ola bilər- Prezident İohannis açıqladı

Rumıniya 2022-ci ilin sonuna kimi Şengen zonasına daxil ola bilər.

Azpost.info xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus İohannis deyib.

“Uzun illərdən sonra inanıram ki, bütün liderlər bu addımın Avropa İttifaqının birliyini yalnız gücləndirə biləcəyini başa düşdülər”, – İohannis bildirib.

Eyni zamanda, Rumıniya lideri etiraf edib ki, ölkənin Şengen zonasına daxil olmasına hələlik dəqiq təminat yoxdur.

Azpost.info

 

Əvvəlki məqalə

Ərdoğanın Qazaxıstana səfərinin tarixi

Sonrakı məqalə

Mövlam Şıxəliyevin orden və medalları əlindən alındı