ABŞ Rusiyanı San-Fransiskoda keçiriləcək Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının forumuna dəvət edəcək.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” ABŞ-ın yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
Forum gələn ilin noyabrında keçiriləcək.
May ayında Tailandın ev sahibliyi etdiyi iclasda Rusiya iqtisadiyyat naziri Maksim Reşetnikovun çıxışı zamanı ABŞ və bir sıra digər ölkələrin nümayəndələri otağı tərk etmişdilər. ABŞ-ın çıxışı zamanı Rusiya nümayəndə heyəti də eyni addımı atmışdı.
Təşkilatın noyabrda Banqkokda keçirilən iclasında Rusiya nümayəndə heyətinə Baş nazirin birinci müavini Andrey Belousov rəhbərlik etmişdi. Tədbirdə əksər üzv ölkələr Rusiyanın Ukraynadakı hərbi əməliyyatını pisləmişdi.
Qeyd edək ki, Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatına Avstraliya, Bruney, Kanada, Çili, Çin, Honq Konq, İndoneziya, Yaponiya, Malayziya, Meksika, Yeni Zelandiya, Papua Yeni Qvineya, Peru, Filippin, Rusiya, Sinqapur, Cənubi Koreya, Tayvan, Tayland, ABŞ və Vyetnam daxildir.
Azpost.info