“Rusiya, Azərbaycan və Ermənistan SSRİ dövründəki dəmiryolunun bərpasını müzakirə edir” –

Baş nazirin müavini Qriqoryan
31 May 2021 - 17:22

“Rusiya, Azərbaycan, Ermənistan işçi qrupu SSRİ dövründə regionda fəaliyyət göstərmiş infrastrukturların açılması, həmçinin buradan bərabər əsasda yüklərin daşınmasını müzakirə edir”.

Azpost.info bildirir ki, bu sözləri işçi qrupun Ermənistandan olan rəhbəri, baş nazirin müavini Mqer Qriqoryan “Armenpress”-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, əgər işçi qrup fəaliyyətini davam etdirsə müzakirələrin əsasında bu məsələlər duracaq.

M. Qriqoryanın sözlərinə görə, 11 yanvarda Moskvada imzalanmış Bəyanatın bütün bəndləri MDB-nin normativ bazası və çöxtərəfli beynəlxalq sazişlər və konvensiyalar əsasında müzakirəsi davam edir: “Hazırda danışıqlarda sovet dövründəki dəmiryolu infrastrukturlarının bərpa edilməsi, o yollarla yüklərin daşınması imkanlarına baxılır”.

qeyd edək ki, SSRİ zamanında Ermənistandan dəmir yolu xətti Naxçıvana gedirdi, oradan İranla birləşirdi. Daha sonra Mehri dəhlizi ilə Azərbaycandan keçməklə RSFSR-ə birləşirdi.