Rusiya bankları ölkəyə dollar və avro gətirməyin yeni yolunu tapıblar

Rusiya bankları Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qızılı nağd valyutaya dəyişməklə ölkəyə dollar və avronun idxalına qoyulan qadağadan yan keçiblər.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” maliyyə araşdırma şirkətinin hesabatına istinadən yazır.

Sənəddə qeyd olunur ki, 2023-cü ilin birinci rübündə “Lanta Bank” və “Vitabank” Rusiyaya 82 milyon dollardan çox nağd avro, dollar və BƏƏ dirhəmləri idxal edib. Bu arada, “Lanta Bank” 2023-cü ilin fevralından ABŞ-ın, “Vitabank” isə Ukraynanın sanksiyaları altındadır.

Ümumilikdə, Rusiya ticarət məlumatlarını tədqiq edən hesabat müəllifləri Rusiya banklarına 21 valyuta çatdırılması aşkar ediblər. Çatdırılma təsvirlərindəki tarixlər, adətən, əskinasları göndərənlərə qızılın sonrakı daşınması ilə üst-üstə düşüb. Əməliyyatlar vasitəçilər şəbəkəsi vasitəsilə həyata keçirilib.

Valyutanın son alıcısının kim olduğunu və onların sanksiyalar altında olan Rusiya təşkilatları ilə əlaqəsi olub-olmadığını müəyyən etmək mümkün olmayıb.

Azpost.info

Əvvəlki məqalə

ATƏT müşahidəçiləri Lənkəranda seçkiləri müşahidə edir

Sonrakı məqalə

“Mənimlə bağlı heç bir qərar yoxdur”