“Rusiya bir həftədə Ukraynaya 800 hava bombası atıb” –ZELENSKİ

“Rusiya son həftə ərzində Ukraynaya qarşı 800-dən çox idarə olunan hava bombasından istifadə edib. Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var”.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” səhifəsində bildirib.

“Təkcə bu həftə Rusiya Ukraynanın müxtəlif şəhərlərinə və bölgələrinə, xalqımıza qarşı 800-dən çox idarə olunan hava bombasından istifadə edib”, deyə Zelenski yazıb.

Dövlət başçısı vurğulayıb ki, Ukrayna bu bombaların daşıyıcılarını, o cümlədən Rusiya hərbi təyyarələrini mövcud olduğu yerlərdə məhv etmək üçün lazımi qüvvə və vasitələrə ehtiyac duyur.

Qeyd edək ki, dünən də Rusiya Zaporojye vilayətinin Volnyansk şəhərinə hava zərbəsi endirib. Hücum nəticəsində 7 nəfər ölüb, 38 nəfər yaralanıb.

Əvvəlki məqalə

İyulun 1-nə olan hava proqnozu

Sonrakı məqalə

DİM 7 iyulda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib