“Rusiya bu il kosmosa nüvə silahı buraxa bilər”- “Bloomberg”

ABŞ ordusu komandanlığı müttəfiqlərinə 2024-cü ildə Rusiya nüvə silahlarının kosmosa buraxıla biləcəyi barədə xəbərdarlıq edib.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən yazıb.

Nəşr qeyd edir ki, Vaşinqton Moskvanın kosmik peykləri sıradan çıxarmaq üçün bu cür silahlardan istifadə edəcəyinə hələ də şübhə edir. Bununla belə, Birləşmiş Ştatlar təsadüfi nüvə partlayışına səbəb olacaq mümkün qəzadan qorxur.

“Birləşmiş Ştatlar müttəfiqlərinə Rusiyanın bu ilin əvvəlində kosmosa nüvə silahı və ya saxta döyüş başlığı buraxa biləcəyini bildirib”, – “Bloomberg” yazır.

Ehtimal olunur ki, nüvə bombasının partlaması halında rabitə əlaqəsi təsirlənəcək – aşağı Yer orbitində peyklərin təxminən üçdə biri sıradan çıxacaq və ya nasaz olacaq. BMT-nin Kosmik Məsələlər üzrə İdarəsinin məlumatına görə, hazırda Yer orbitində 7,8 minə yaxın aktiv peyk var.

Bununla belə, Rusiya kosmosda nüvə silahının yerləşdirilməsi ilə bağlı hər hansı şayiələri qəti şəkildə rədd edir. Rusiya prezidenti Vladimir Putin qeyd edir ki, Moskva həmişə nüvə raketlərinin kosmosa yerləşdirilməsinə qarşı olub və bu mövqe dəyişməz olaraq qalır. Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə bildirib ki, ABŞ hökuməti belə planların olmamasından xəbərdardır.

Azpost.info

Əvvəlki məqalə

Şəhidimizə verilən “Azərbaycan Bayrağı” ordeni ailəsinə təqdim olunub –

Sonrakı məqalə

Gözəllik salonundan 17 min manatlıq avadanlıq oğurlayan şəxslər saxlanılıb