Rusiya ABŞ və NATO-nun Ukraynada başlatdığı münaqişədə qalib gəlir və iqtisadi cəhətdən daha da güclənib.
Azpost.info xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro deyib.
“Bu gün Rusiya bütün Qərb ölkələrini məğlub edərək döyüş meydanında qalib gəlir”, – o qeyd edib.
Maduro Rusiya prezidenti Vladimir Putinin mövcud vəziyyətə tam nəzarət etdiyinə əmin olduğunu bildirib. Onun fikrincə, Ukraynaya sülh danışıqlarına başlamağa icazə verilmir.
Maduro Venesuelanın tezliklə BRİKS-in bir hissəsi olacağını da deyib: “BRİKS-lə köhnə müstəmləkə dünyası yeni dünya ilə əvəz olunur”.
Azpost.info