Rusiya Çində Ukraynaya qarşı müharibədə istifadə olunacağı gözlənilən uzunmənzilli hücum dronlarının hazırlanması və istehsalı üçün proqram yaradıb.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters”ə Avropa kəşfiyyatından olan iki mənbə bildirib.
Onların agentliyə təqdim etdikləri sənədlərə əsasən, layihəyə “Almaz-Antey” silah konserninin törəmə müəssisəsi – İjevsk Elektromexanika Zavodu cavabdehdir.
Rusiya Müdafiə Nazirliyinə təqdim etdiyi hesabatlarda şirkət çinli mütəxəssislərin köməyi ilə “Harpy-3” hücum deronunun yeni modelini hazırlayıb uçuş sınaqlarını həyata keçirə bildiyini bildirib.
Uçuş məsafəsi 2 min km-dir, eyni zamanda 50 kq-a qədər faydalı yük daşıya bilir.
Daha sonra zavoddan bildirildi ki, Çindəki fabriklərdən birində bu dronları geniş miqyasda istehsal etmək üçün hər şey hazırdır. Müəssisənin hesabatlarında Rusiyaya bağlı dron zavodunun Çində harada yerləşdiyi göstərilmir, lakin zavod istehsalın 80 hektar ərazini tutacağını və ildə 800 PUA istehsal etmək üçün nəzərdə tutulacağını bildirib.
Azpost.info