Rusiya Dövlət Dumasının deputatı Bərdədə şəhid atası ilə görüşüb

Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov Ağdama səfəri zamanı Bərdədə şəhid ailəsi ilə görüşüb.

Rusiyalı deputat Bərdədə həyətinə bomba düşməsi nəticəsində 30 yaşlı oğlunu itirən Tahir Kazımovun yaşadığı evə baş çəkib.

T. Kazımov Rusiya Dövlət Dumasının deputatına bildirib ki, ötən il oktyabrın 28-də ermənilərin Bərdə şəhərini atəşə tutması nəticəsində oğlu, 1990-cı il təvəllüdlü Dəyanət Kazımov aldığı ağır qəlpə yarasından həyatını itirib.

Eyni zamanda, onun fərdi yaşayış evinə də maddi zərər dəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin və Lukaşenko Rusiyada görüşəcəklər

Sonrakı məqalə

Azərbaycan və Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfərə icazə verən qanun qüvvəyə mindi