Rusiya Ermənistan-Azərbaycan sərhədi üçün 1974-cü ilin hərbi xəritəsini təklif edib –İrəvan hansı xəritəni istəyir? (AÇIQLAMA)

Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyəti sabitləşdirmək üçün Yerevana 1974-cü ildə hazırlanmış xəritə ilə işləməyi təklif edib.

Azpost.info bildirir ki, bu barədə Ermənistanın hakim partiyası olan “Vətəndaş sazişi”ndən deputat seçilmiş Arman Eqoyan bildirib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin Baş qərargahında çoxlu xəritələr var: “Rusiya bu xəritələr üzrə hərəkət etməyi təklif edib. Hazırda vəziyyəti sabitləşdirmək üçün SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1974-cü ildə təsdiqlənmiş xəritəni təklif ediblər”.

Onun sözlərinə görə, bu dövrdən sonra dəyişikliklər olsa da xəritədə təsdiq olunmayıb.

“Zaman müddətində hər yerdə olmasa da, müəyyən dəyişiklər olub. Məsələn, Qaragöl sahəsində, Tavuşda kolxozlar səviyyəsində dəyişiklik olub”-deyə Eqoyan vurğulayıb.

Deputat deyib ki, Yerevan delimitasiya üçün Ermənistan SSR və Azərbaycan SSR-nin təsdiq etdiyi 1926-cı il xəritəsinə üstünlük verir.

Eqoyan bildirib ki, delimitasiya və demarkasiya çox şeyi dəyişə bilər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Naxçıvanda döyüş təlimləri keçirilib

Sonrakı məqalə

“Azərbaycan NATO üçün çox vacib ölkədir” –