Rusiya Ermənistanı ictimai hücumlar və tənqidlər əvəzinə KTMT-dəki işlərin vəziyyətini müzakirə etməyə çağırır.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.
“Biz İrəvandakı həmkarlarımızı ictimai emosional hücumlar və təşkilatı tənqid etmək əvəzinə, ekspertlər səviyyəsində aktual problemləri müzakirə etməyə çağırırıq”, – Pankin deyib.
Onun sözlərinə görə, bütün üzvlər təşkilatın fəaliyyətinin daha da təkmilləşdirilməsində və onun hərbi-siyasi alyans kimi səmərəliliyində maraqlıdırlar.
Azpost.info