“Rusiya ilə danışıqlara hazırıq” –Zelenski

Moskva ilə danışıqlarda qapını bağlamamışıq.

Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski CNN telekanalına müsahibəsində bildirib.

“Mən Rusiya ilə danışıqlara hazır olduğumuzu demişəm. Ancaq başqa Rusiya ilə – həqiqətən sülhə hazır olan Rusiya ilə danışıqlara hazırıq”,- deyə Zelenski qeyd edib.

Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ölkəsi hazırda ortaya çıxan reallıqları nəzərə alaraq Ukrayna ilə danışıqlara hazırdır. (APA)

Əvvəlki məqalə

Ukrayna 41 yaşayış məntəqəsini azad edib –

Sonrakı məqalə

“Azərbaycan Prezidentinin Şuşadakı çıxışını təhrif etmək qəbuledilməzdir” –