“Rusiya -NATO müharibəsi daha çox ölüm və dağıntı gətirəcək”- NATO Baş katibi

“Bu gün NATO-nun əsas vəzifəsi Rusiya ilə hərbi eskalasiyanın qarşısını almaqdır”.

Azpost.info xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, Ukraynadakı münaqişənin Alyans və Rusiya arasında genişmiqyaslı müharibəyə çevrilməsinə yol vermək olmaz.

“NATO-nun iki əsas missiyası var. Birincisi, Ukraynaya dəstək. Digər ən mühüm vəzifə isə bu münaqişənin Rusiya ilə NATO arasında genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaqdır. Çünki bu, daha çox əzab, ölüm və dağıntılar gətirəcək”, – Stoltenberq deyib.

Eyni zamanda o əlavə edib ki, NATO Rusiyaya Alyans dövlətlərinin ərazisinin hər santimetrini müdafiə etməyə hazır olması barədə aydın siqnal göndərir.

Azpost.info

Əvvəlki məqalə

“Qərb təklif edir ki, işğaldan azad edilən ərazilər yenidən Ermənistana verilsin” –

Sonrakı məqalə

“Ermənistanla torpaq mübadiləsi həyata keçirilə bilər” –