“Rusiya iqtisadiyyatı proqnozlara uyğun inkişaf edir”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin iqtisadiyyatla bağlı müşavirədə bildirib.
Kremlin saytında verilən məlumata görə, 2023-cü ilin doqquz ayında Rusiyanın ümumi daxili məhsulu ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artıb.
Rusiya prezidenti qeyd edib ki, istehsal sənayesi və real sektorun təbii sərvətlərin hasilatı ilə bağlı olmayan sektorları ən yüksək templərlə artır. O əlavə edib ki, maşın, avadanlıq və mexanizm istehsalı müəyyən uğurlar əldə edib.
Azpost.info