Rusiya Ukrayna şəhərlərini qısa müddətdə məhv edə bilər, amma bunu istəmir. Ağ Ev rəhbəri Donald Tramp bunu Mar-a-Laqodakı malikanəsində jurnalistlərə açıqlamasında bildirib. “Onlar Kiyevi bombalamadılar, çünki düşünürəm ki, ora çoxlu raket atmaq istəmirlər. Bu prosesi cəmi 20% həyata keçirdilər, 100% yox. Əgər onlar bunu 100% etmək istəsəydilər, yəqin ki, bu, çox tez bir şəkildə baş verərdi. Amma Ukraynada elə şəhərlər var ki, onlar tamamilə dağıdılıb”, - Tramp vurğulayıb. ABŞ Prezidenti Zelenskiyə də müraciət edərək, onun Ukraynanın danışıqlar masasına buraxılmaması ilə bağlı bəyanatını xatırladıb. “3 ildir bu işlə məşğulsan. Bunu 3 il əvvəl bitirməliydin, heç başlamamalıydın. Razılaşa bilərdin”, - Ağ Ev rəhbəri deyib. ABŞ Prezidentinin fikrincə, bu razılaşma Ukrayna şəhərlərinin toxunulmaz qalmasına, insan itkilərinin baş verməməsinə və ölkənin demək olar ki, bütün ərazilərini saxlamasına imkan verərdi.