Ukrayna əsgərləri Krımda Rusiya ordusunu təchiz edən və mayeləşdirilmiş qaz daşıyan “Slavyanin” dəmir yolu bərəsini zədələyib.
Azpost.info-nun məlumatına görə, bu barədə Britaniya hərbi kəşfiyyatının hesabatında deyilir.
“2024-cü il iyulun 23-də Ukrayna qüvvələri Rusiyanın Qafqaz limanında “Slavyanin” dəmir yolu bərəsini zədələyib. Bu zərbə Rusiya üçün Ukraynanın cənubundakı qüvvələrin təchizatında və maye qazın regional ixracında əlavə logistik problemlər yaradacaq”, – hesabatda qeyd olunur.
Mayın sonunda Ukraynanın hücumu nəticəsində daha iki oxşar gəmiyə ciddi ziyan dəydiyi üçün “Slavyanin” bərəsi bu tipli yeganə gəmi kimi Kavkaz limanına göndərilib. Kəşfiyyat hesab edir ki, Rusiya ordusu indi təchizatı bərpa etmək üçün Kerç boğazı üzərindən körpüdən istifadə etməyə məcbur olacaq.