Rusiya Macarıstanda Ukrayna ilə sülh danışıqlarına başlamağa hazırdır- “İzvestiya”

“Rusiya Qərb ölkəsinin ərazisində Ukrayna ilə sülh danışıqlarına başlamağa hazırdır.

Azpost.info xəbər verir ki, bu barədə “İzvestiya”ya yüksək rütbəli mənbə bildirib.

Onun sözlərinə görə, Macarıstan xarici işlər naziri Peter Siyarto Moskva və Kiyevə vasitəçilik xidmətləri təklif edib. O bu məsələni Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukrayna prezident ofisinin rəhbəri Andrey Yermakla müzakirə edib.

Mənbə qeyd edib ki, Rusiya tərəfi üçün danışıqlarla bağlı əsas tələb Qərb və Ukraynanın Moskva ilə konstruktiv söhbətə hazır olmasıdır. “Eyni zamanda, Rusiya heç kimin arxasınca qaçmaq fikrində deyil”, – o əlavə edib.

“Biz, şübhəsiz ki, Macarıstanın qan tökülməsini dayandırmağa kömək etmək istəyini yüksək qiymətləndiririk, lakin vasitəçilik yalnız danışıqlar prosesinin təşkili üçün bir vasitədir. Əsas sual qalır: qarşı tərəfdən kim danışıqlara hazırdır?”, – Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Rodion Miroşnik bildirib.

O xatırladıb ki, Ukrayna prezidenti Vladimir Zelenski Putin dövlətin başında olduğu müddətdə Rusiya ilə danışıqlardan imtina barədə qərar verib.

Noyabrın sonunda Putin özü Ukraynadakı müharibəni “faciə” adlandırıb və bir daha xatırladıb ki, Rusiya sülh danışıqlarından heç vaxt imtina etməyib.

Moskva və Kiyev arasında hərbi münaqişənin həlli üzrə danışıqlar 2022-ci ilin fevral-mart aylarında əvvəlcə Belarusun, sonra isə Türkiyənin vasitəçiliyi ilə baş tutub. Həmin ilin mayında rus ordusu tərəfindən kəndin işğalı zamanı Buçada dinc əhalinin qətliamının üzə çıxmasından sonra Ukrayna tərəfi danışıqlar prosesindən geri çəkilib.

Azpost.info

Əvvəlki məqalə

Xaricdə təhsil alan 73 nəfərin müraciətinə mənfi cavab verilib

Sonrakı məqalə

Milli Məclisdə 22 məsələnin müzakirəsinə başlanılıb