Rusiya müdafiə naziri Şoyqunun qızı boşanıb

Rusiya müdafiə naziri Şoyqunun qızı Ksenya boşanıb.

Azpost.info bildirir ki, bu barədə onun keçmiş həyat yoldaşı, tanınmış bloqer Aleksey Stolyarov açıqlama verib.  Cütlük bu yay ayrılıb.  Kseniya Şoyqu və Aleksey Stolyarov gözlənilmədən bu ilin avqustunda ayrıldıqlarını elan ediblər.

Kseniya etiraf edib ki, Alekseyi yalnız tətil günlərində, hər ikisi səfərdən evə qayıdanda görür. Bloqer deyib ki, ayrılıq bir neçə ay əvvəl baş verib və qızları hər ikisi üçün prioritet olaraq qalır.

Stolyarov şəxsi həyatının təfərrüatlarını “Vmeste” layihəsinə müsahibəsində açıqlayıb.

Onun sözlərinə görə, münasibətə son qoymaq qərarı ümumi olub: “Sadəcə belə alındı. Bir-birimizə heç bir iddiamız yoxdur. Başa düşürük ki,həm o, həm də mən daha yaxşı  bir insanla görüşəcəyik. Bunu başa düşmək lazımdır. Eqoist ola bilməzsən. Əgər sən eoistsənsə və qıza onun istədiyini vermirsənsə, ona işgəncə veriri, yalnız səninlə olması üçün şərt qoyursansa, bu həyat deyil. Sən axmaqsan, o, onsuz da sənin yanından gedəcək”.

Aleksey etiraf edib ki, ayrıldıqdan sonra Kseniya ilə yaxşı münasibətlərin saxlaya bilmələri onu təəccübləndirib: “Ayrıldığımızı elan etsək də, hələ də dostluğumuzu davam etdiririk, qızımız Milanaya tərbiyə veririk və birgə layihələr həyata keçiririk. Hiss olunur ki, biz daha da yaxınlaşmışıq. Biz ayrılanda çoxları sevindi. Deyirlər ki, belə güclü bir ailə dağıldı, indi hər birini çeynəcəklər. Xeyr, bu olmadı. Çünki Kseniya və mən özümüzə çox güvənən, ağıllı insanlarıq. Biz qarşılıqlı hörmətlə, dostcasına ayrıldıq. Əla münasibətlərimiz qalır” – deyə  33 yaşlı Stolyarov vurğulayıb.

Cütlük 2019-cu ildə “Qəhrəmanlar yarışı” zamanı tanış olub. Alekseyin Kseniyaya evlilik təklif etməsinə baxmayaraq, nikah rəsmi olaraq qeydə alınmayıb. 2021-ci ildə onların Milana adlı bir qızı doğulub.

Azpost.info

Əvvəlki məqalə

Çin çip istehsalı üçün 40 milyard dollar ayırır

Sonrakı məqalə

ABŞ bu gün qitələrarası nüvə raketini buraxacaq –