Rusiya müdafiə nazirinin keçmiş müavini dələduzluqda ittiham olunur

Rusiya müdafiə nazirinin keçmiş müavini Pavel Popov xüsusilə külli miqdarda dələduzluqda ittiham olunub.

Azpost.info-nun məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko “Kommersant”a bildirib.

Popov “Patriot” Parkında iş görmək məqsədi ilə 30 milyon rubl oğurlamaqda şübhəli bilinərək avqustun 29-da həbs edilib. Təqsirləndirilən şəxs təqsirini boynuna almır.

İstintaqı Baş Hərbi İstintaq İdarəsinin müstəntiqləri aparır. Müstəntiqlərin fikrincə, Popov Müdafiə Nazirliyinin İnnovativ İnkişaf Baş İdarəsinin rəis müavini Vladimir Şesterov, “Patriot” Mədəniyyət və İstirahət Parkının direktoru Vyaçeslav Əhmədov və digər şəxslərlə birlikdə iş üçün pul silməklə yuxarıda göstərilən məbləği oğurlayıblar.

Əvvəlki məqalə

Bu avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Sonrakı məqalə

Raman Saleydən bürünc medal –