Rusiya müdafiə nazirinin keçmiş müavini, ordu generalı Dmitri Bulqakovun daşınmaz əmlakına, aktivlərinə və bank hesablarına həbs qoyulub.
Azpost.info xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazır.
Bulqakov korrupsiya ittihamı üzrə saxlanılıb.
İstintaq çərçivəsində ordu generalının daşınmaz əmlakına, aktivlərinə və bank hesablarına qarşı müvəqqəti tədbirlər görülüb.
FTX Bulqakovu iyulun 26-da saxlayıb. O, 2 saylı İstintaq Təcridxanasına yerləşdirilib. İdarədən bildirilib ki, hərbçilərin qanunsuz fəaliyyətinin bütün səbəb və şəraitinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Bulqakov 2008-2022-ci illərdə müdafiə nazirinin müavini vəzifəsində çalışıb. O, rus qoşunlarının maddi-texniki təminatı məsələlərinə nəzarət edirdi.
Azpost.info