Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat hesabatına görə, Rusiya ordusu Ukraynada cəbhədə içməli su çatışmazlığı ilə üzləşib.
Azpost.info xəbər verir ki, bu vəziyyət bomba və raket hücumları nəticəsində ictimai infrastrukturun zədələnməsi səbəbindən yaranıb.
İsti havalar da problemi daha da artırır.
Rusiyayönlü hərbi bloger pilotlar üçün su rasionunun gündə bir litrlə məhdudlaşdırıldığını bildirib ki, bu da yüksək temperaturda işləyərkən tövsiyə edilən minimum tələbin dörddə birinə uyğundur. Nəticədə pilotlar su üçün yerli sakinlərə müraciət etməli olurlar.
Həmçinin, Britaniya kəşfiyyatının məlumatına görə, bəzi Rusiya hərbi birləşmələri gündəlik su ehtiyacını ödəmək üçün durğun gölməçələrdən istifadə edərək təbii filtrasiya vasitələri hazırlamağa məcburdurlar ki, bu da əsgərlər arasında xəstəliklərin riskini artırır.
“İnfeksiya riskinin artmasına səbəb olan su çatışmazlığı şübhəsiz ki, Rusiya ordusunun əhvalına və əməliyyat səmərəliliyinə təsir göstərir”, – kəşfiyyat rəsmiləri bildirir.
Azpost.info