Sentyabrın 26-na keçən gecə Rusiya PUA-larla Kiyevə zərbə endirib.
Azpost.info UNİAN-a istinadən bildirir ki, Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, hava hücumundan müdafiə qüvvələri paytaxt və şəhərətrafı ərazilərdə işləyib.
HHM qüvvələri paytaxta doğru uçan onlarla PUA-nı aşkar edib. Hava məkanında mübarizə 5 saat aparılıb. Nəticədə onlarla Rusiya zərbə dronları məhv edilib”-deyə Hərbi Administrasiyanın məlumatında deyilir.
PUA zərbələrindən biri Kiyevin Peçerski rayonunda beşmərtəbəli yaşayış binasına düşüb, birinci mərtəbədə yanğın baş verib.
20-yə yaxın avtomobilə də ziyan dəyib. Uşaq bağçasının ərazisindədə dağınıtlar qeydə alınıb. Qurbanlar barədə məlumat dəqiqləşdirilir.
Fövqəladə Hallar Dövlət Xidməti saat 7:17-də yanğının söndürüldüyünü bildirib.