Rusiya sakini yeni il günü lotereyada 1 milyard uddu

Yeni ilin ilk günü lotereyada bir milyard rubl udmuş Tümen sakini nəhayət bu gün üzə çıxıb.

Azpost.info xəbər verir ki, o, iki həftə əvvəl Rusiyanın “Rus Lotto” lotereyasının Yeni il tirajında qalib gəlməsinə baxmayaraq, pul mükafatını almağa tələsməyib. Bu səbəbdən bəzi yerli sakinlər hətta qalibin varlığına şübhə etməyə başlayıblar.

Lakin 14 gündən sonra qalib Moskvadakı lotereya mərkəzinə üz tutub. “Stoloto” şirkətindən verilən məlumata görə, hazırda uduşların alınması üçün lazımi prosedurların həyata keçirilməsi prosesi yekunlaşır.

Qalib Rusiyada üçüncü “lotereya milyarderi” olub. O, bileti dekabrın 7-də Tümen Darina ticarət mərkəzindəki “Stoloto” brendli satış məntəqəsindən alıb. Vergilərdən sonra qalibə 850 milyon rubl qalacaq.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.