Rusiya sentyabrın 1-dən benzin ixracına məhdudiyyət tətbiq edəcək

Rusiya hökuməti sentyabrın 1-dən benzin ixracına yenidən məhdudiyyət tətbiq edəcək.

Azpost.info xəbər verir ki, bu barədə “İnterfaks” yazıb.

“2024-cü il sentyabrın 1-dən dekabrın 31-dək Rusiyada benzin ixracına yenidən məhdudiyyət qoyulacaq. Bu barədə qərar imzalanıb. Mövsümi tələbatın davam etdiyi və neft hasilatı zavodlarında aparılan planlı təmir dövründə yanacaq bazarında sabit vəziyyətin saxlanılması üçün qərar qəbul edilib”, – məlumatda deyilir.

Məhdudiyyət beynəlxalq hökumətlərarası sazişlər çərçivəsində tədarüklərə, həmçinin Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərə vətəndaşların şəxsi istifadəsi üçün ixrac edilən, beynəlxalq humanitar yardımın göstərilməsi məqsədilə ixrac edilən yanacağa şamil edilməyəcək.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.