“Rusiya silahlarında xarici hissələrin 60 faizi Çin istehsalıdır” –Zelenskinin müşaviri

“Rusiya silahlarında tapılan xarici hissələrin təxminən 60 faizi Çin istehsalıdır”.

Azpost.info bildirir ki, bu barədə Zelenskinin müşaviri Vladislav Vlasyuk Reuters agentliyinə müsahibəsində bildirib.

Vlasyuk deyib ki, Ukrayna hakimiyyəti bəzi istehsalçılarla bu məsələ ilə bağlı uzun müzakirələr aparıb:  “Çin ən böyük problemdir”.

Həmçinin, Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi silahlarda ABŞ, Hollandiya, Yaponiya, İsveçrə və digər ölkələrdə istehsal olunan komponentlərə rast gəlinir.

Əvvəlki məqalə

“BMT 1945-ci ildə mövcud olan dünyanı əks etdirə bilməz” –

Sonrakı məqalə

“Qarabağ” Londona yola düşüb