“Rusiya sülhməramlıları formal olaraq 2025-ci ilin noyabrına qədər Qarabağda qalmalıdırlar, bu məsələ danışıqlar zamanı həll olunacaq”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Qırğızıstana səfərinin yekunlarına dair mətbuat konfransında deyib.
“Formal olaraq sülhməramlılarımız orada 2025-ci ilin noyabrına qədər qalacaqlar və biz, əlbəttə ki, tərəfdaşlarla dialoqda yaxın gələcəkdə nəy necə edəcəyimizi müəyyənləşdirib həll etməli olacağıq. Buna danışıqlar zamanı qərar verəcəyik”, – Putin bildirib.
Azpost.info