Rusiya sülhməramlıları qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə yerinə yetiriblər- Yevgeni Nikiforov

Sülhün bərqərar olunması prosesində mühüm vəzifəni RSK-nın mühəndis bölmələrinin mütəxəssisləri yerinə yetirdilər. İstehkamçılar tərəfindən minlərlə hektar ərazi minalardan təmizlənib, 30 mindən çox partlayıcı maddə aşkar olunaraq məhv edilib.

Bu barədə bunu Rusiya Quru Qoşunlarının baş komandanının birinci müavini, Quru Qoşunlarının Baş Qərargah rəisi Yevgeni Nikiforov Xocalıda Rusiya Sülhməramlı Kontingentinin missiyasının başa çatmasına həsr olunmuş mərasimdə bildirib.

O deyib ki, yerli əhaliyə kömək məqsədilə 350-dən çox humanitar aksiya keçirilib, 90 mindən çox insan ünvanlı yardım alıb, 1000-dən çox dinc sakinə ixtisaslı tibbi yardım göstərilib.

Onun sözlərinə görə, üç il yarım əvvəl birgə səylər nəticəsində bölgədə gedən müharibəni dayandırmaq mümkün olub: “Azərbaycan, Ermənistan və Rusiya liderləri atəşkəsin bərqərar olunması və təmas xətti üzrə bütün hərbi əməliyyatların dayandırılması barədə bəyanat imzaladılar. Demək olar ki, növbəti gün Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsi başlanıldı, RSK tərəfindən müşahidə və gözətçi postlarda fasiləsiz xidmət təşkil edildi. Atəşkəs rejiminə əməl olunmasına nəzarət edildi. Dinc həyatın bərpa edilməsi üçün möhkəm zəmin yaradıldı”.

Yevgeni Nikiforov vurğulayıb ki, sülhməramlı kontingent dini əhəmiyyətli obyektlərə çıxışın təhlükəsizliyinin təmin edilməsində fəal iştirak edib, əhalinin normal həyat fəaliyyəti üçün şərait yaradılıb, infrastrukturunun bərpası ilə bağlı bir sıra işlər görülüb.

“Eyni zamanda, münaqişə tərəfləri ilə fəal əməkdaşlıq nəticəsində əsirlərin dəyişdirilməsi prosesi təşkil edilib. 100-dən çox insanı əsirlikdən geri qaytarmaq mümkün olub. Rusiya sülhməramlı kontingentinin axtarış qrupları tərəfindən 1900-dən artıq hərbçinin meyiti tapılaraq təhvil verilib. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra Moskva və Bakı sülhməramlı fəaliyyətin hədəf nöqtəsinə çatdığı üçün RSK-nın çıxarılması prosesinin başlanmasına dair birgə qərar qəbul etdilər. Rusiya hərbi qulluqçularının iştirakı, Azərbaycan torpağında aparılan hərbi əməliyyatların dayanadırılmasına və sabit sülhün bərqərar olmasına imlan yaratdı. Rusiya hərbi qulluqçuları dövlətimizin hərbi-siyasi rəhbərliyi tərəfindən qarşıya qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirdilər. Rusiya Federasiyasının müdafiə naziri, Baş Qərargah rəisi və şəxsən öz adımdan Rusiya sülhməramlılarına vəzifələrini layiqincə yerinə yetirdiyinə, Azərbaycan hərbçilərinə isə səmərəli əməkdaşlığa görə minnətdarlığımı bildirirəm”, – general əlavə edib.

Əvvəlki məqalə

ADIF “Günaybank”ın qorunan əmanətçilərinə müraciət edib

Sonrakı məqalə

Rusiya sülhməramlıları Qarabağda sülh və sabitliyin təmin olunması üçün səylərini əsirgəməyib