“Rusiya təzminat ödəməsə, Ukrayna sülh sazişinə razı olmayacaq”- Nazir müavini

“Təzminat ödənilmədən Kiyev Moskva ilə sülh sazişi imzalamayacaq”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna ədliyyə nazirinin müavini İrina Mudra bildirib.

Onun sözlərinə görə, Rusiyadan başqa Ukraynaya pul ödəyəcək heç kim yoxdur.

“Əgər Rusiya təzminatsız barışıq sazişi imzalanacağını düşünürsə, yanılır. Ukrayna heç vaxt buna razı olmayacaq. Çünki kimsə bu təzminatları ödəməlidir. Rusiya deyilsə, onda kim?”, – nazir müavini bildirib.

Mudra xatırladıb ki, ABŞ Konqresinin Xarici əlaqələr komitəsi tərəfindən təsdiq edilmiş qanun layihəsi Ukraynaya təzminat ödəmək və münaqişəyə son qoymaq müqabilində Rusiyanın dondurulmuş xarici aktivlərinə qismən çıxış əldə etmək imkanını nəzərdə tutur. Onun sözlərinə görə, bu şərtlərə əməl etmədən Rusiyanın bu aktivlərə çıxışı olmayacaq.

Azpost.info

Əvvəlki məqalə

“Ermənistanla torpaq mübadiləsi həyata keçirilə bilər” –

Sonrakı məqalə

“HƏMAS məhv edilməlidir”