Rusiya Ukraynada yaşayış binasını raketlə vurdu –34 nəfər dağıntılar altında qalıb (FOTO)

Rusiya qoşunları Donetsk vilayətinin Çasov Yar şəhərində yaşayış binasını “Uraqan” yaylım raketi ilə atəşə tutub.

Bu barədə Donetsk Regional hərbi idarəsinin rəhbəri Pavel Kirilenko Telegram-da məlumat verib.

“Ən azı 30 insan rusların dünən gecə raketlərlə hücum etdiyi Çasov Yar şəhərində 5 mərtəbəli binanın dağıntıları altındadır”, – o yazıb.

Pavel Kirilenkonun sözlərinə görə, atəş nəticəsində evin iki girişi tamamilə dağılıb. Hadisə yerinə gələn xilasedicilər dağıntılar altında qalanları xilas etməyə çalışırlar.

Hazırda xilasedicilər altı ölü və beş yaralının şəxsiyyətini müəyyənləşdirib.

Yerli sakinlərin sözlərinə görə, ən azı 34 nəfər, o cümlədən 9 yaşlı uşaq evin dağıntıları altındadır.

Əvvəlki məqalə

TƏBİB “Mirvari park”dakı yanğınla bağlı məlumat yayıb

Sonrakı məqalə

Saatlıda Gürcüstandan şəkər daşıyan yük vaqonları aşıb –