Rusiya Ukraynaya “Kinjal” raketləri ilə zərbə endirir

Rusiya bu gün Ukraynaya “Kinjal” raketləri ilə zərbə endirib.

Azpost.info UNİAN-a istinadən bildirir ki, bütün ölkə ərazisində raket təhlükəsi elan edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

“”Kinjal” raketi Xmelnitski rayonuna doğru gedir”, – mesajda qeyd olunub.

Bu, ötən gecədən sonra Rusiyanın ikinci raket hucumudur.

Yerli Telegram kanalları da Kiyev və Xmelnitski vilayətində partlayışlar barədə məlumat verib.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.