Rusiya Ukraynaya kütləvi raket hücumuna hazırlaşır

Rusiya Ukraynaya kütləvi raket hücumuna hazırlaşır.

Azpost.info bildirir ki, bu barədə telemarafonda Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə üzrə mətbuat mərkəzinin rəisi Natalya Qumenyuk danışıb.

Onun sözlərinə görə, Rusiya Ukraynanın hava hücumundan müdafiə sisteminin hazırlığını yoxlayır: “Düşmən Nikolayev rayonuna X-59 raketi ilə dəqiq raket hücumu həyata keçirib. Tamamilə mümkündür ki, bu, bir növ kəşfiyyatdır, hava hücumundan müdafiə sistemlərinin hazırlığını yoxlamaq cəhdidir. Biz kütləvi zərbələr sırasında fasilə yarandığını görürük. Bu, növbəti hücumların hazırlandığını göstərə bilər. Onlar Ukrayna ərazisində müxtəlif istiqamətlərdə hədəfli raket zərbələri endirirlər və raket zərbələri üçün gələcək marşrutlar yaratmağa çalışırlar”. Gumenyuk bildirib.

O, həmçinin əlavə edib ki, son bir neçə gündə Rusiya Ukrayna ərazisinə zərbələr endirmək üçün İranın “ŞAHED” PUA-larından  istifadə etməyib.

“Baxmayaraq ki, biz Tehran-Moskva istiqamətində yük təyyarələrinin fəaliyyətini müşahidə edirik. Ola bilsin ki, onlar yeni yerlər axtarırlar və yeni bölmələri əlaqələndirirlər. PUA-ların kütləvi uçuşlarını həyata keçirmək üçün şəxsi heyətin hazırlanması lazımdır”, – deyə sözçü izah edib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda seçicilərin sayı açıqlanıb

Sonrakı məqalə

“Rusiya ilə müharibəyə təcili hazırlaşmaq lazımdır”