“Rusiya və Səudiyyə nefti sudan ucuz qiymətə salıblar” –

Tramp sevinir
04 Aprel 2020 - 15:08

“Neftin qiymətinin düşməsi Moskva və Ər-Riyadı istehsalın həcmini azaltmağa məcbur edəcək”.

Azpost.info bildirir ki, bu barədə ABŞ prezidenti Tramp Ağ Evdəki brifinqində bildirib.

“Onlar istehsalı artırdılar. Amma onlar dayanacaqlar, bazar onları buna məcbur edəcək”-deyə Tramp vurğulayıb.

Prezidentin sözlərinə görə, ki ölkənin istehsalı neftin qiymətinin sudan ucuz olmasına gətirib çıxarıb. Pandemiya isə neftə olan tələbatın enməsinə səbəb olub. Tramp deyib ki, Rusiya və Səudiyyənin neft mübahisəsindən təkcə bütün dünya deyil, o iki dövlət də əzab çəkir. Hər iki ölkə neft ixracının hesabına yaşayırlar.

ABŞ prezidenti bildirib ki, Moskva və Ər-Riyad mübahisəni tez bir hala həll edəcəklər.