“Rusiya və Ukrayna arasında münasibətlər gec-tez bərpa olunacaq”- Lavrovun müavini

Rusiya və Ukrayna xalqları arasında münasibətlər gec-tez bərpa olunacaq, Qərbin bu istiqamətdə planları iflasa uğrayacaq.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

O qeyd edib ki, anqlo-saksonlar hər zaman iki ölkənin birliyindən qorxurdular, buna görə də onları həmişə bir-birinə qarşı qoymağa çalışıblar.

“Gec-tez Rusiya və Ukrayna xalqları arasında münasibətlər bərpa olunacaq. Bir az vaxt apara bilər, amma insanlar ortaq dil tapa biləcəklər. Vaşinqton və London uzun müddətdir ki, ölkələrimizin xalqları arasında problem yaratmaq arzusunda olublar. Anqlosakslar bizim birliyimizdən həmişə qorxurdular və uzun müddət bizi bir-birimizə qarşı qoymağa, qardaş qırğınına çalışdılar. Lakin Qərb bizim çoxəsrlik birliyimizi pozmağa nə qədər cəhd etsə də, buna nail ola bilməyəcək”, – Qaluzin bildirib.

Azpost.info

Əvvəlki məqalə

Tibbi sığortanın fədakar yenilikçi həkimi

Sonrakı məqalə

Bakıda 21 yaşlı qız itkin düşüb