Rusiya və Ukrayna danışıqlara marağı itirib- Putin Kiyevi tutmaq istəyir /"Financial Times"

Həm Kiyev, həm də Moskva artıq danışıqların mənasını görmür.

Azpost.info-nun məlumatına görə, bu barədə Britaniyanın “Financial Times” qəzeti Ukrayna və Rusiya hökumətlərindəki mənbələrə istinadən bildirir.

Nəşr yazır ki, Putin daha çox Ukrayna ərazisinin zorla ələ keçirilməsinə diqqət yetirir və bütün Donbası nəzarətə götürməyə müvəffəq olsa belə, getdikcə artan tələblər irəli sürməyə davam etmək niyyətindədir.

Kiyev hesab edir ki, Ukrayna artıq Trampın təzyiqinə daha az həssasdır. Çünki o, Rusiyanın hücumunu dayandırıb və Rusiyanın arxasındakı hədəfləri uğurla vurur.

Ukrayna rəsmiləri ABŞ prezidentinin Rusiyanı güzəştə getməyə məcbur edə bilməməsindən narazıdırlar. Nəşr mənbələrindən birinə istinadən bildirir ki, amerikalılar Rusiya tərəfinə doğru sıfır irəliləyiş əldə ediblər.

Adının çəkilməsini istəməyən Rusiya mənbələri bildirir ki, Putin Ukraynanın müdafiə xətlərinin dağılmasının qaçılmaz olduğuna əmindir: “Mən onu (Putini nəzərdə tutur) hazırkı cəbhə xətti boyunca müharibəni bitirməyə inandırmağa çalışdım. Amma o, daim deyir ki, “xeyr, mən bu məsələdə güzəştə gedə bilmərəm'”, – deyə Rusiya prezidenti ilə əlaqə saxlayan mənbə FT-yə bildirib.

FT-nin mənbələrinə görə, Putinə ukraynalıların böyük çətinliklərlə üzləşdiyi, cəbhənin dağıldığı və əsgərlərinin tükəndiyi deyilir.

Danışıqlarda iştirak edən iki mənbəyə görə, Rusiya prezidentinin əsl ambisiyaları ehtimal ki, Kiyev və Odessa da daxil olmaqla, Ukraynanın əhəmiyyətli bir hissəsini nəzarətə götürməkdir. “Xatırlatmaq istəyirəm ki, plan həmişə Kiyevi ələ keçirmək idi. Məqsəd qoyulub və ona nail olmaq lazımdır”, – deyə onlardan biri bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.