“Rusiya və ABŞ arasında danışıqların nəticələrini tanımırıq” –ZELENSKİ

Zelenski
Zelenski

“Ukrayna Rusiya və ABŞ nümayəndələri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlarda iştirak etmir və nəticələri də tanımaq niyyətində deyil”.

AzPost bildirir ki, Vladimir Zelenski bu barədə Birləşmiş Ərəb Əmirliklərində keçirilən mətbuat konfransında deyib.

“Ukrayna danışıqlarda iştirak etmir və bu barədə heç bir məlumatı yoxdur. Kiyev iştirak etmədiyi hər hansı razılaşmanı tanımır”, – deyə Zelenski bildirib. O, həmçinin Səudiyyə Ərəbistanına yaxın günlərdə baş tutacaq səfərinin ABŞ-Rusiya görüşü ilə bağlı olmadığını vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov və Prezidentin köməkçisi Yuri Uşakov ABŞ nümayəndələri ilə danışıqlar aparmaq üçün Ər-Riyada yollanıblar. Görüş bu gün baş tutub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.