“Rusiya və Belarus sərhədləri yaxınlığında NATO-nun 32 minə yaxın əsgəri yerləşdirilib”- Lukaşenko

Rusiya və Belarus sərhədləri yaxınlığında NATO-nun 32 minə yaxın əsgəri yerləşdirilib.

Azpost.info xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

“Alyansın Avropada həyata keçirdiyi əməliyyatlar çərçivəsində Belarus və Rusiyanın bilavasitə yaxınlığında NATO və ABŞ silahlı qüvvələrinin 32 minə yaxın hərbi qulluqçusu yerləşdirilib. Bu, mindən çox zirehli texnika, 160-a yaxın artilleriya sistemi və minaatan, 235 təyyarə və helikopterdir”, – Lukaşenko deyib.

Belarus lideri ölkənin böyük hərbi-siyasi böhranın episentrində olduğunu qeyd edib. O, hesab edir ki, Vaşinqton və onun müttəfiqləri Şimali Atlantika Alyansının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəklər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.