Rusiya XİN “taxıl sazişi”nə qayıtmağın şərtini- AÇIQLAYIB

buğda
buğda

“Taxıl sazişi” Rusiya-BMT memorandumunun həyata keçirilməsindən sonra bərpa olunacaq.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departament direktoru Aleksey Polişçuk bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya iqtisadi operatorlarından sanksiyaların götürülməsi perspektivini görmür.

“Qara dəniz təşəbbüsünün bərpası ssenarisinin məqsədəuyğunluğuna gəlincə, Rusiyanın mövqeyi dəyişməz olaraq qalır. İlk növbədə yerli kənd təsərrüfatı ixracının normallaşdırılmasına dair Rusiya-BMT memorandumu çərçivəsində məsələləri tam yerinə yetirmək lazımdır” – , Polışçuk qeyd edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.