Rusiyada Google-un android əməliyyat sistemi ilə işləyən xidmətləri bloklana bilər.
Azpost.info bildirir ki, bu barədə Rostelecom-un İnformasiya Texnologiyaları üzrə vitse-prezidenti Darius Xalitov bildirib.
Onun sözlərinə görə, Rusiyada android əməliyyat sisteminə əsaslanan mobil cihazların qismən bloklanması Amerika şirkətinin verdiyi qərarlarla əlaqədar həyata keçirilə bilər: “Xidmətlərin bu və ya digər formada bloklanması ilə bağlı çox böyük risklər var”, – deyə o, vurğulayıb.
Xalitov qeyd edib ki, android əməliyyat sistemi əsasında telefonlardan istifadə edən ruslar müəyyən çətinliklərlə üzləşə bilərlər. Burada telefonlarının bloklanmasına imkan verən elementlər ola bilər.