Rusiyada bloqerlər  xarici agent  hesab olunacaq –Duma yeni qanun qəbul etdi

Rusiya Duması xarici agent-KİV-lər haqqında qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Azpost.info bildirir ki, layihə 2019-ci ilin əvvəlində birinci oxunuşdan keçsə də bu günə qədər Dumada “yatıb qalmışdı”. Amma Moskvada yayda keçirilmiş etiraz aksiyalarından sonra deputatlar bu qanun layihəsi üzərində fəal şəkildə işləməyə başlayıblar. Dumada bu aksiyaların təşkilində xarici KİV-lərin əli olması barədə şübhələr yaranıb.

Dəyişikliyə əsasən xarici KİV-lərin materiallarını yayan, bu informasiyaların hazırlanmasında iştirak edən, bunları internet üzərində kütləvi yayan və buna görə pul alan rusiyalı hüquqi və fiziki şəxslər xarici agent –KİV kimi qeydiyyatdan keçməlidirlər.

Həmin şəxslərin xarici agent kimi tanınmasına Ədliyyə Nazirliyi ilə XİN tərəfindən birgə qərar veriləcək. Deputatlar  informasiya resursunun məhkəmə höküm olmadan bloklanmasına icazə verən normanı qanun layihəsindən çıxarıblar.

Yeni qaydalara görə,  xarici agent KİV-lər 1 fevral 2020-ci ilə qədər Rusiyada hüquqi şəxs təsis etməli, onun vasitəsi ilə öz informasiyalarını yaymalıdırlar.

Dövlət Dumasından bildirilib ki, bu qanun “güzgü effekti” ilə tətbiq ediləcək: Əgər Rusiya KİV-lərinin və onlarla əməkdaşlıq edən şəxslərin xarici ölkələrədə fəaliyyəti məhdudlaşdırılsa bu qanun tətbiq olunacaq.

Azpost.info

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tbilisidə müxalifət etiraz aksiyasını yenidən bərpa edib

Sonrakı məqalə

Slovakiya-Azərbaycan oyunu başlayıb