Rusiya hökuməti bankları ölkə vətəndaşlarının əllərində saxladıqları brilyantlar haqqında məlumat verməyə məcbur edəcək. 2024-cü il sentyabrın 1-dən banklardan qiymətli daşlarla bağlı aparılan bütün əməliyyatlar barədə hesabat tələb oluancaq.
Azpost.info xəbər verir ki, bu barədə “İzvestiya” Nazirlər Kabinetinin Maliyyə Nazirliyi tərəfindən hazırlanmış qərar layihəsinə istinadən yazıb.
Banklar brilyantların qəbulu və satışı haqqında məlumatları zərgərlik məmulatlarının dövriyyəsinə nəzarət üzrə dövlət sisteminə daxil etməli olacaqlar. Eyni tələb zərgərlik məmulatları istehsalçılarına, mağazalara, lombardlara və emalatxanalara da şamil olunacaq.
Yeniliklərin məqsədi zərgərlik məmulatlarının dövriyyəsində şəffaflıq və nəzarətin effektivliyini artırmaq, həmçinin alıcıların maraqlarını qorumaqdır.
Azpost.info